“Neftçi” heyətini daha bir neçə futbolçu ilə gücləndirmək istəyir.
İdmanxeber.az-a verikən məlumata görə, “ağ-qaralar” hazırda iki oyunçu axtarışındandır. Rəhbərlik bundan sonra azı 2 transfer edəcək.
Bunlardan biri “8 nömrə” mövqeyində çıxış edəcək yarımmüdafiəçi digəri isə mərkəz müdafiəçisidir. Qısa zamanda bu transferlərin bitməsi gözlənilir.
İki oyunçunun da əcnəbi olacağı dəqiqdir. Mövsüm başlayana qədər futbolçuların komandaya qoşulacağı bildirilir.

