Momo Sako “Neftçi”yə baxışa dəvət olunub — Uğurlu çıxışdan sonra uzunmüddətli müqavilə gözlənilir
İdmanxeber.az-ın məlumatına görə, “Neftçi” klubu heyətini gücləndirmək üçün Momo Sako adlı futbolçunu baxışa çağırıb.
Məşqçilər heyəti onun oyununu yaxından izləyəcək və sınaqdan keçirəcək. Əgər mərkəz müdafiəçisi gözləntiləri qarşılayarsa, onunla uzunmüddətli müqavilə imzalanması nəzərdə tutulur.
“Neftçi”də qalması ilə bağlı qərarın yaxın vaxtlarda verilməsi gözlənilir.
Fərid Nəsibov

