28 İyun 2026
Ölkə futbolu

AFFA-nın futboldan uzaqlaşdırdığı hakim taksi fəaliyyətinə başlayır

AFFA-nın hakimlikdən uzaqlaşdırdığı Rauf Allahverdiyev özünə yeni iş tapıb.

İdmanxeber.az-a verilən məlumata görə, sabiq referi bundan sonra taksi sürəcək. O, artıq Bakıda tanınmış şirkətlərin birinə müraciət edib. Sənədləşmə işlərinin ardından Alahverdiyev yeni işinə start verəcək.

Xatırladaq ki, referi hakimlikdən uzaqlaşdırılmasını ötən mövsüm Azərbaycan Kubokunun yarımfinal mərhələsi ilk oyunu çərçivəsində keçirilən “Neftçi” – “Sabah” görüşündə ciddi səhvə yol verməsilə əlaqələndirmişdi. Daha sonra AFFA Allahverdiyevi federasiyanın işgüzar imicinə xələl gətirən açıqlamaları səbəbindən onunla yeni müqavilə uzadılmadığını açıqayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43