12 İyul 2026
Dünya futbolu

“Mançester Siti” “Real”la danışıq aparır

“Mançester Siti” “Real”ın braziliyalı hücumçusu Rodriqonu transfer etməyə hazırlaşır.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında danışıqlar davam edir. Rodriqo ayrılmaq istəsə, “Real” onu 100 milyon avroya buraxacaq.

24 yaşlı futbolçu son mövsümdə bütün turnirlər daxil olmaqla 54 oyunda çıxış edib, 14 qol vurub və 11 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43