Azərbaycan I Liqa təmsilçisi MOİK ev oyunlarını Qarabağda keçirmək istəyib.
İdmanxeber.az-a verilən məlumata görə, ordu klubu rəqiblərini Xankəndi stadionunda qəbul etmək niyyətində olub. Bunun üçün müəyyən addımlar da atılıb.
Ancaq MOİK-in bu istəyi baş tutmayıb. Arenada yenidənqurma işləri və başqa səbəblərə görə Xankəndi stadionu I Liqa klubuna verilməyib.
Xatırladaq ki, Xankəndi şəhər stadionunun əsaslı təmiri və yenidən qurulması üzrə işlərin icrasına 9 milyon 918 min 674 manat vəsait sərf olunacaq.

