06 İyul 2026
Ölkə futbolu

Yarımyaxşı başlanğıc 

Premyer Liqa yaxşı mübarizəli oyunla start götürdü. Elitaya qayıdan iki komanda da meydanda xoş təsir bağışladı. Çempionatın ilk turu olmasına baxmayaraq, tepm də pis deyildi.

Meydanda daha çox mübarəzi izləyirdik. Səviyyə istənilən kimi olmasa da, “Karvan-Yevlax”da Coy Sleds Mikels, Qavi Tompson, “Qəbələ”də Domi Massumo və Adriel Ba Loua nəsə etməyə çalışırdı. Yevlax təmsilçisinin qapıçısı Mateuş Pedro da xüsusi vurğulanacaq çıxış etdi.

I Liqadan gələn iki klub hələlik Premyer Liqa havasında deyil. İki komamdanın dueli 1-ci liqa ilə Premyer Liqa səviyyəsinin ortasında keçdi. Bir az təbəssüm üçün oyun səviyyəsini “1,5-ci liqa” adlandıra bilərik. Zənnimcə belə görüşləri cari mövsüm çox izləyəcəyik.

Xüsusən ikinci “altılıq”da bu cür mübarizəli oyunlar çox olacaq. Bu komandalardan yuxarı pillələrə boylananlar da tapılar. Kimin hansı səviyyədə olduğunu müəyyən etmək üçün isə 5-6 tur izləmək vacibdir.

Hələlik analiz etməyə, futbolçulara və məşqçilərə qiymət verməyə tələsmirik. Ancaq çempionatın maraqlı keçəcəyi dəqiqdir.

Həsən Quluzadə 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43