11 İyul 2026
Ölkə futbolu

“Qarabağ” Macarıstanda yalnız deyil

“Qarabağ” Çempionlar Liqası pley-off mərhələsinin ilk oyununda Macarıstanda “Ferensvaroş” klubu ilə üz-üzə gələcək.

İdmanxeber.az-ın məlumatına görə, təmsilçimiz Budapeştdə dəstəksiz qalmayacaq. Ağdam klubu üçün ayrılmış tribunada 400-ə yaxın azarkeş yer alacaq. Matç saatına qədər bu rəqəm arta da bilər.

“Ferensvaroş” – “Qarabağ” matçı bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43