“Ferensvaroş” intizamlı və güclü komandadır. Təmsilçimiz səviyyəli rəqiblə üz-üzə gələcək. Buna baxmayaraq, yekunda sevinən tərəfin biz olacağına inanıram. “Qarabağ” “Ferensvaroş”dan daha sürətli və keyfiyyətli kollektivdir, oyuna nəzarət etməyi bacarır. Yeni futbolçular da artıq komandanın sürətli oyun tempinə uyğunlaşmağa başlayıblar. Ən əsası isə təcrübədir – bu amil hər iki oyunda istədiyimiz nəticəni qazanmağa imkan verəcək. “Qarabağ”a çox inanıram və uğurlar arzulayıram”.
Bu fikirləri İdmanxeber.az saytına “Qarabağ”ın sabiq futbolçusu Elgiz Kərimli bildirib. Onun sözərinə görə, komandanın cinah oyunçuları kifayət qədər təcrübəli və keyfiyyətlidir:
“Sırf hücumçu məsələsindən danışsaq, Nəriman artıq bu cür oyunlarda təcrübə qazanıb. Ona sadəcə stabillik lazım idi və bunu da inkişaf etdirib. “Qarabağ” heç vaxt transfer olsun deyə transfer etmir, daha uyğun variant axtarışındadır”.

