12 İyun 2026
Dünya futbolu

“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib

“Napoli” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, A Seriyası təmsilçisi “Jirona”nın müdafiəçisi Migel Qutyerresi transfer edib.

24 yaşlı ispaniyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb. Neapol klubu bu transfer üçün 18 milyon avro ödəyib.

“Real” akademiyasının yetirməsi olan Qutyerres 2022-ci ildən “Jirona”nın formasını geyinirdi. O, geridə qalan mövsümdə 36 matçda meydana çıxaraq 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43