19 İyun 2026
Ölkə futbolu

İdmanxeber.az yazdı, Qurban Qurbanov təsdiqlədi 

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Ağdam təmsilçisi kolumbiyalı sol vinger Kamilo Duranla anlaşıb. 23 yaşlı futbolçu yaxın günlərdə Bakıya gələcək.

Məlumatı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da təsdiqləyib. Təcrübəli mütəxəssis Kamilo Duranla anlaşdıqlarını açıqlayıb. 

Portuqaliyanın “Portimonense” klubundan transfer edilən Duran bir dönəm Kolumbiya U-20 millisinin də formasını geyinib.

Duran ötən mövsüm Portuqaliya 2-ci liqasında 26 oyunda çıxış edib və 5 qol vurub.

Xatırladaq ki, oyunçunun Azərbaycan çempionuna keçidini ilk dəfə İdmanxeber.az saytı yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43