“Leipziq”in niderlandlı futbolçusu Xavi Simons karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi “Tottenhem” klubuna transfer olunub. O, London təmsilçisi ilə 5 illik müqaviləyə imza atıb.
“Tottenhem” bu keçid üçün “Leipziq”ə 60 milyon avro ödəyəcək.

