16 İyul 2026
Dünya futbolu

Rasmus Höylund “Napoli”yə keçir

“Mançester Yunayted”in danimarkalı hücumçusu Rasmus Höylund karyerasını İtaliyada davam etdirəcək.

İdmanxeber.az xəbər verir ki, 22 yaşlı forvard bu gün Neapola yollanacaq və tibbi müayinədən keçdikdən sonra “Napoli” ilə müqavilə imzalayacaq.

Qeyd edək ki, Höylund ötən mövsüm “Mançester Yunayted”in heyətində 52 oyuna çıxaraq 10 qol vurub və 2 asist edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43