16 İyun 2026
Ölkə futbolu

“Elə komanda yoxdur ki, istədiyi oyunu tam göstərə bilsin”

Misli Premyer Liqasının 3-cü turunda “Turan Tovuz” səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.

İdmanxeber.az-ın məlumatına görə, oyundan sonra keçirilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırıb:

“Ağır qələbəyə görə çox sevinirəm. “Neftçi” bu mövsüm daha yaxşı formalaşıb və heyətini gücləndirib. Meydanda oyunçuların sayı bərabər olanda qarşılıqlı hücumlar olurdu. Rəqib azlıqda qaldıqdan sonra hesabı qorumağa çalışdıq. Bu isə bəzi səhvlərə səbəb oldu.

Mövsüm hələ yenidir. Elə komanda yoxdur ki, istədiyi oyunu tam göstərə bilsin. Bizim də transfer planlarımız var, amma mövqelər barədə danışmaq istəmirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43