12 İyul 2026
Dünya futbolu

“Mançester Siti”nin müdafiəçisi ayrılır – yeni ünvan İtaliya, yoxsa London?

“Mançester Siti”nin isveçrəli futbolçusu Manuel Akanji bu yay komandasını dəyişəcək.

İdmanxeber.az xəbər verir ki, İsveçrə millisinin üzvü ilə “Tottenhem” və “Milan” maraqlanır.

London təmsilçisi və A seriyası nəhəngi 30 yaşlı futbolçunun transferi üçün danışıqlara başlamağa hazırdır.

Qeyd edək ki, Akanjinin qiyməti təxminən 30 milyon avro dəyərindədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43