12 İyul 2026
Dünya futbolu

Kobi Meyno “Napoli”yə gedə bilər

“Mançester Yunayted”in gənc futbolçusu Kobi Meynonun gələcək karyerası ilə bağlı yeni iddia ortaya çıxıb.

İdmanxeber.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi İtaliya nəhəngi “Napoli”nin maraq dairəsinə düşüb.

Meyno daha çox oyun praktikasına sahib olmaq üçün “Mançester Yunayted”dən ayrılmağa müsbət yanaşır. Onun yaxın günlərdə qərarını verəcəyi gözlənilir.

Qeyd edək ki, gənc futbolçu İngiltərə millisinin də üzvüdür.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43