28 İyun 2026
Dünya futbolu

“Fənərbağça”nın futbolçusu İspaniya klubunda

“Fənərbağça”nın yarımmüdafiəçisi Sofyan Amrabat klubdan ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, mərakeşli futbolçu mövsümün sonuna qədər icarə əsasında İspaniyanın “Betis” klubunda çıxış edəcək.

Qeyd edək ki, 29 yaşlı Amrabat ötən ilin avqustunda “Fiorentina”dan “Fənərbağça”ya transfer olunmuşdu.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43