28 İyun 2026
Dünya futbolu

Millimizin üzvü qol vurdu, komandası qalib gəldi

Cənubi Koreya çempionatında 28-ci turun oyunları baş tutub.

İdmanxeber.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Daejeon” doğma meydanda “Ximçxon Sanmu” ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Millimizin üzvü matça start heyətində başlayıb və bütün oyun boyu meydanda olub. 26 yaşlı futbolçu görüşün 90+8-ci dəqiqəsində komandasına qələbə gətirən qola imza atıb.

Qələbədən sonra “Daejeon”un xalının sayı 45-ə yüksəlib və komanda turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43