28 İyun 2026
Dünyadan

“Qarabağ”ın rəqibi hücumçu aldı

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Benfika” heyətini yeni futbolçu ilə gücləndirib.

İdmanxeber.az xəbər verir ki, Lissabon klubu “Sevilya”dan Dodi Lukebakionu transfer edib. 27 yaşlı hücumçu ilə 2030-cu ilə qədər müqavilə imzalanıb. Transferin dəyəri 20 milyon avro, sərbəst qalma qiyməti isə 50 milyon avro müəyyənləşdirilib.

Xatırladaq ki, “Qarabağ” qrup mərhələsinin ilk turunda sentyabrın 16-da səfərdə “Benfika” ilə qarşılaşacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43