19 İyun 2026
Ölkə futbolu

Portuqaliya – Azərbaycan oyununun hakimləri açılandı

 

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Portuqaliya – Azərbaycan oyununu Kiprli hakimlər idarə edəcək.

İdmanxeber.az xəbər verir ki, görüşün baş hakimi Konstantinos Fellas olacaq. Ona yan xətdə Pavlos Georgiu və Giorgios Çaralampus kömək edəcək. Dördüncü hakim isə Dmitris Solomudur.

Qarşılaşma sentyabrın 5-də, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43