19 İyun 2026
Ölkə futbolu

Premyer Liqa klubu “hazırıq” dedi – Son qərar PFL-də 

“İmişli” Premyer Liqadakı növbəti ev oyununu Qubada keçirməyə hazırlaşır. Bir müddətdir sözügedən arenada təmir-bərpa işlərinə start verən rəhbərlik çalışmaları davam etdirir.

Daha öncə Quba stadionunda çatışmazlıqlar olduğu üçün “İmişli”nin iki ev oyununun Şamaxıda keçirilməsinə qərar verilmişdi. Artıq bölgə təmsilçisinin Şamaxıdan Qubaya gedəcəyi gözlənilir.

Klubdan saytımıza verilən məlumata görə, rəhbərlik Quba stadionundakı  çatışmazlıqlarıaradan qaldırıb və stadion Premyer Liqa matçlarını keçirməyə hazırdır. 

Məsələ ilə bağlı yekun qərar isə PFL əməkdaşlarının təftişinindən sonra veriləcək.

Xatırladaq ki, “İmişli növbəti oyununu evdə “Sumqayıt”a qarşı keçirməlidir. Görüş sentyabrın 13-də start götürəcək.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43