05 İyul 2026
Ölkə futbolu

“Araz Naxçıvan”ın üzvü Osloda biabır oldu

Dünya çempionatı seçmə mərhələsi çərçivəsində Norveç evdə Moldovanı qəbul edib.

İdmanxeber.az-ın məlumatına görə, görüş ev sahibinin böyükhesablı qələbəsilə başa çatıb – 11:1. Erlinq Haaland matçda beş qola imza atıb.

Xatırladaq ki, Moldova yığmasının qapısını “Araz Naxçıvan”ın qolkiperi Kristian Avram qoruyur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43