05 İyun 2026
Ölkə futbolu

“Ayın qolu” layihəsinin ilk qalibinin adı açıqlandı

Peşəkar Futbol Liqası (PFL) Misli Premyer Liqasının 2025/2026 mövsümündə “ayın qolu” layihəsinin ilk qalibinin adını açıqlayıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.

“Şamaxı”nın futbolçusu Dioqo Balaunun dəqiq zərbəsi avqust ayının ən yaxşı qolu seçilib

Qeyd edək ki, qaliblər 11 nəfərlik münsiflər heyəti tərəfindən müəyyənləşdirilir. Səsvermə nəticəsində bərabərlik olarsa, yekun qərarın verilməsi PFL-in səlahiyyətləri daxilindədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43