05 İyun 2026
Dünya futbolu

Marko Roys klub prezidenti oldu

“Borussiya”nın (Dortmund) sabiq futbolçusu “Los-Anceles Qalaksi”də çıxış edən Marko Roys klub prezidenti olub.

İdmanxeber.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi Almaniyanın Baller Media Liqasında oynayan “Leqasi Ballers”in rəhbərliyinə gətirilib.

Beləliklə, Roys Kristof Kramer, Maks Kruz və Kevin-Prins Boatenq kimi tanınmış futbolçularla yanaşı liqanın ən məşhur prezidentlərindən biri olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43