05 İyun 2026
Dünya futbolu

“Trabzonspor” Onananın transferini açıqladı

“Trabzonspor” kamerunlu qapıçı Andre Onananı mövsümün sonuna qədər icarəyə götürdüyünü rəsmən açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, “Mançester Yunayted”lə aparılan danışıqlar müsbət yekunlaşıb və icarə üçün əlavə ödəniş nəzərdə tutulmayıb.

Onana Türkiyə təmsilçisindən  milyon 510 min dollar zəmanətli maaş və 1 milyon 755 min dollar imza haqqı qazanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43