04 İyul 2026
Ölkə futbolu

“Qarabağ”ın Çempionlar Liqası oyunu fərqli kanalda

UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunları yenidən İctimai Televiziyada yayımlanacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Saran Media” və ölkə ərazisində əsas yayımçı olan CBC Sport telekanalı ilə əldə edilən razılaşma əsasında 2025/26 mövsümündə bu turnirlərin görüşləri İctimai Televiziyanın canlı efirində təqdim olunacaq.

Futbol həvəskarları hər oyun günü 1 qarşılaşmanı İTV-nin efirində izləyə biləcək. Razılaşmaya əsasən, “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsində keçirəcəyi 4 səfər oyunu İctimai Televiziyanın efirində nümayiş etdiriləcək.

Yeni mövsümdə yayımlanacaq ilk matç sentyabrın 16-da keçiriləcək “Benfika” – “Qarabağ” görüşü olacaq.

Xatırladaq ki, İTV ardıcıl 4-cü mövsümdə avrokubok oyunlarını idmansevərlərə təqdim edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43