16 İyun 2026
Dünya futbolu

Benzema Mourinyo üçün fədakarlıq edəcək?

“Benfika”nın yeni baş məşqçisi Joze Mourinyo Kərim Benzemanı heyətində görmək arzusundadır.

İdmanxeber.az-ın məlumatına görə, fransalı hücumçu hazırda “Əl-İttihad”la müqaviləsinin son ilini yaşayır. Transferin baş tutması üçün 36 yaşlı forvard ciddi maaş endiriminə getməlidir.

Məlumata görə, Səudiyyə Ərəbistanı klubu Benzemanı 5–7 milyon avro qarşılığında buraxa bilər. Onunla “Benfika” ilə yanaşı, bir neçə Fransa klubu və MLS təmsilçiləri də maraqlanır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43