14 İyun 2026
Dünya futbolu

“Barselona”ya zədə xəbəri – Reşford sıradan çıxdı

“Barselona”nın hücumçusu Markus Reşford zədələnib.

İdmanxeber.az xəbər verir ki, 27 yaşlı futbolçu La Liqanın 8-ci turunda “Sevilya”ya 1:4 hesabı ilə uduzulan görüşdə xəsarət alıb. İngiltərəli forvard matçın son dəqiqələrində zədələnərək oyunu davam etdirə bilməyib.

Kataloniya klubunun həkim heyəti Reşfordun durumunu yaxın günlərdə qiymətləndirəcək.

Qeyd edək ki, Markus Reşford bu mövsüm “Barselona”nın heyətində 10 matçda meydana çıxıb, 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43