05 İyun 2026
Ölkə futbolu

Azərbaycan Kubokunda yeni mövsümə start verildi

Bu gün Azərbaycan kubokunda 2025/26 mövsümünə start verilib.

İdmanxeber.az xəbər verir ki, 1-ci təsnifat mərhələsində 4 qarşılaşma baş tutub. Bütün oyunlar saat 14:00-da start götürüb. Bu mərhələ bir oyundan ibarət olub və qalib gələn komandalar 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar.

Mərhələdə yalnız II Liqa təmsilçiləri mübarizə aparıblar.

Nəticələr:

“Sheki City” 3:2 “Araz Saatlı”

Qollar: Ü.Nağdəliyev (48), C.İmamverdiyev (87), S.Süleymanov (89) — Y.Yusubov (42), P.Eyvazov (88)

“Qaradağ Lökbatan” 8:0 “Ağdaş”

Qollar: T.Zeynalov (19), V.Hüseynov (32), E.Əskərli (45+1), R.Şahmuradov (65, 67, 69), A.Məcidov (88), S.Allahquliyev (90)

Dinamo” 3:2 “Kür-Araz”

Qollar: Ə.Səfərzadə (57), Y.Qarayev (72, 103) — E.Məmmədov (5, 49)

Ağstafa Gəncləri” 1:0 “Şirvan”

Qol: E.Namazov (49)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43