05 İyun 2026
Dünya futbolu

Bruno Fernandeş “Mançester Yunayted”dən ayrılır?

“Mançester Yunayted”in kapitanı Bruno Fernandeş gələn ilin yayında komandadan ayrıla bilər.

İdmanxeber.az xəbər verir ki, Portuqaliya millisinin yarımmüdafiəçisini Səudiyyə Ərəbistanından olan bir klub transfer etmək istəyir. Həmin klub “qırmızı şeytanlar”a 60 milyon avro təklif etməyə hazırdır.

Qeyd edək ki, Fernandeşin gələcəyi ilə bağlı son qərarı futbolçunun özü verəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43