“Mançester Yunayted” yanvar ayında heyətini gücləndirməyi planlaşdırır.
İdmanxeber.az xəbər verir ki, İngiltərə klubu “Bavariya”nın almaniyalı müdafiəçisi Dayo Upamekanonu transfer hədəfləri sırasına daxil edib.
26 yaşlı mərkəz müdafiəçisinin dəyəri 50 milyon avro qiymətləndirilir. O, cari mövsümdə meydana çıxdığı 14 matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, Upamekanonun “Bavariya” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

