05 İyun 2026
Dünya futbolu

Premyer Liqa nəhəngləri onu istəyir

“Bornmut”un hücumçusu Antuan Semenyo “Mançester Yunayted” və “Tottenhem”in transfer hədəfinə çevrilib.

İdmanxeber.az xəbər verir ki, hər iki klub 25 yaşlı qanalını 2026-cı il üçün əsas prioritet kimi görür. “Transfermarkt” Semenyonu 40 milyon avro dəyərləndirsə də, “Bornmut” onun üçün təxminən 100 milyon avro tələb edə bilər.

Futbolçu cari mövsümdə Premyer Liqada 7 oyunda 6 qol və 3 assistlə çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43