İspaniya yığması Bolqarıstanla oyuna itki ilə çıxacaq.
İdmanxeber.az-ın məlumatına görə, “Barselona”nın hücumçusu Ferran Torres əzələ problemi səbəbindən qarşılaşmada iştirak etməyəcək.
24 yaşlı futbolçu son olaraq Gürcüstanla görüşdə zədələnib. Torres bu mövsüm La Liqada 8 oyuna 4 qol və 1 asistlə yadda qalıb.

