08 İyul 2026
Dünya futbolu

“Barselona”nın hücumçusu ciddi zədə aldı

“Barselona”nın hücumçusu Robert Levandovski Polşa millisinin düşərgəsində zədə alıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli forvardın sol bud nahiyəsində problem aşkarlanıb. Futbolçunun nə vaxt yaşıl meydana qayıdacağı müalicənin gedişatından asılı olacaq.

Qeyd edək ki, Levandovski bu mövsüm “Barselona”nın heyətində 9 oyunda 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43