05 İyun 2026
Dünya futbolu

Patrik Klyuvert İndoneziya millisindən ayrıldı

İndoneziya yığmasının baş məşqçisi Patrik Klyuvert vəzifəsindən ayrılıb.

İdmanxeber.az-ın məlumatına görə, tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Bu qərar komandanın DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməməsindən sonra qəbul edilib.

Klyuvertin rəhbərliyi altında İndoneziya 8 oyunda 3 qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43