05 İyun 2026
Dünya futbolu

“Fənərbağça”da istənilməyən futbolçuya sürpriz təklif

“Fənərbağça”da heyətdən kənarlaşdırılan İrfan Can Kahveci “Trabzonspor”un maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, əvvəllər onun qış fasiləsində “Beşiktaş”a transfer olunacağı iddia edilsə də, indi Fatih Tekkenin rəhbərlik etdiyi Trabzon klubu futbolçunu heyətinə qatmaq istəyir.

“Bordo-mavililər” 3 milyon avro illik maaş alan İrfan Canın şərtlərini yerinə yetirməyə hazır olduqlarını oyunçunun menecerinə çatdırıblar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43