05 İyun 2026
Ölkə futbolu

AFFA rəsmisi Konfrans Liqası oyununa təyinat aldı

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

İdmanxeber.az-ın məlumatına görə, o, UEFA Konfrans Liqasının liqa mərhələsi çərçivəsində oktyabrın 23-də keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Şelburn” (İrlandiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Skopye şəhərində yerləşən Todor Proeski adına milli stadionda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43