05 İyun 2026
Dünya futbolu

Braziliyalı “El Klasiko”nu buraxa bilər

“Barselona”nın vingeri Rafinya Dias zədə səbəbindən “Real”la oyunda iştirak etməyə bilər.

İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu sentyabrın sonunda zədələnib və hələ də tam sağalmayıb.

28 yaşlı oyunçunun bərpa prosesi ləng gedir və “El Klasiko”ya qədər sıraya dönməsi real görünmür.

“Barselona” 26 oktyabrda səfərdə “Real”la qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43