05 İyun 2026
Dünya futbolu

Fatih Terim milli komandanı çalışdıra bilər

Fatih Terim Çexiya millisini çalışdıra bilər.

İdmanxeber.az-ın məlumatına görə, yerli federasiya hazırda baş məşqçi axtarışındadır. Siyahıda Terimin də adı var. 

Təcrübəli mütəxəssislə yaxın günlərdə danışıqların başlayacağı bildirilir. Yerli mətbuat türkiyəli məşqçiyə aylıq 100 min avro maaş təklif olunacağını iddia edir.

Xatırladaq ki, Çexiya millisi hazırda L qurupunda 13 xalla ikinci pillədədir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43