16 İyun 2026
Dünya futbolu

“Real”da “Yuventus” oyunu öncəsi ciddi itki

“Real”ın qapıçısı Tibo Kurtua zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı qolkiper La Liqanın 9-cu turunda “Xetafe” ilə matçın sonunda dizindən zərbə alaraq oyunu yarımçıq buraxıb.

Kurtua Çempionlar Liqasının 3-cü turunda “Yuventus”la oyunu buraxacaq. O, “El-Klassiko”ya qədər bərpa olmağa çalışacaq.

Cari mövsümdə qapıçı 17 oyunda meydana çıxıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43