UEFA Çempionlar Liqasının IV turunda “Qarabağ”la 2:2 hesablı heç-heçə edən “Çelsi”nin futbolçusu Alexandro Qarnaço oyundan sonra fikirlərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, gənc hücumçu “Qarabağ”a qarşı qolu olsa da, nəticədən razı qalmadığını bildirib:
“Düşünürəm ki, qalib gəlməli idik. Çoxlu qol imkanlarımız oldu. Nəticədən məmnun deyilik. Biz “Çelsi”yik və hər oyunda qalib gəlməyə çalışmalıyıq. Təkcə bir xal istədiyimiz nəticə deyildi.”
Qarnaço həmçinin vurduğu qoldan danışıb:
“Fasilədə məşqçi mənə əlimdən gələni etməyi tapşırdı. Qol vurdum, amma bu, kifayət deyildi. Komandama kömək etmək istədim, amma qələbə qazana bilmədik. Yolda uzun məsafə qət etmişdik, lakin bu, bəhanə ola bilməz.”
Qeyd edək ki, “Qarabağ” – “Çelsi” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.

