29 İyun 2026
Kateqoriyasız

Yevlaxda qaydalar kobud şəkildə pozuldu – Cabarov özünü itirdi (VİDEO)

Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Karvan” – “Kəpəz” matçında təhlükəsizlik qaydaları kobud şəkildə pozulub..

İdmanxeber.az-ın Yevlaxa ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, qarşılaşmanın ikinci hissəsində azyaşlı azarkeşlərdən biri tribunadan enərək birbaşa meydançaya daxil olub. Normalda bu cür hallarda qaydalara əsasən oyunun dərhal dayandırılması və fanatın meydandan çıxdıqdan sonra matçın davam etdirilməsi lazım idi.

Lakin bu dəfə fərqli mənzərə ortaya çıxıb. Görüşün baş hakimi Rauf Cabarov bu məqamda fərqli qərar verib, oyunu dayandırmaq qərarına gəlib və matç eyni templə davam etdirilib. Bu addım həm azarkeşlər, həm də futbol ictimaiyyəti tərəfindən tənqidlə qarşılanıb.

Futbol qaydalarına görə, meydançaya icazəsiz şəxsin daxil olması ciddi təhlükəsizlik pozuntusu sayılır və hakimin dərhal oyunu saxlamaq öhdəliyi var. Bu, həm futbolçuların, həm də azarkeşin özünün təhlükəsizliyi üçün əsas şərtlərdən biridir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43