“İnter” yanvar transfer pəncərəsində heyətini yeni qapıçı ilə gücləndirməyi planlaşdırır.
İdmanxeber.az xəbər verir ki, Milan klubu “Aston Villa”nın qapıçısı Emiliano Martinezi transfer etmək istəyir.
Məlumata görə, argentinalı qolkiper üçün danışıqlar qışa yaxın intensivləşəcək.
Qeyd edək ki, E. Martinez cari mövsümdə 11 rəsmi oyunda iştirak edib və qapısından 9 qol buraxıb.

