29 İyun 2026
Dünya futbolu

“Yuventus”un müdafiəçisi sıradan çıxdı

“Yuventus”un müdafiəçisi Daniele Ruqani zədələnib və bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq.

İdmanxeber.az xəbər verir ki, 31 yaşlı futbolçunun sağ baldır əzələsində zədə aşkarlanıb. O, problemi məşq zamanı yaşayıb.

Ruqani bu mövsüm A Seriyasında 5 oyunda meydana çıxıb. “Yuventus” 11 turdan sonra 19 xalla turnir cədvəlində 6-cı yerdədir və lider “İnter”dən 5 xal geri qalır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43