29 İyun 2026
Ölkə futbolu

Abubakar və Dalmeydadan “Neftçi”yə üzücü xəbər

“Neftçi”nin iki futbolçusu – Vensan Abubakar və Sessi Dalmeyda Misli Premyer Liqasının 16-cı turunda “Karvan-Yevlax”la 20 dekabrda keçiriləcək oyunda iştirak etməyəcək.

İdmanxeber.az xəbər verir ki, hər iki oyunçu həmin vaxt Bakıda olmayacaq. Abubakar Kamerun, Dalmeyda isə Benin yığması ilə Afrika Millətlər Kubokuna yollanır.

Afrika Millətlər Kuboku 21 dekabr – 19 yanvar tarixlərində keçiriləcək.

Beləliklə, “Neftçi”nin “Karvan-Yevlax”la qarşılaşması komandanın il ərzində son oyunu olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43