16 İyul 2026
Ölkə futbolu

Vüsal oynadı, komandası xal qazandı

Albaniya Superliqasının 12-ci turunda Vüsal İsgəndərlinin formasını geyindiyi “Partizani” lider “Vllaznia”nı qəbul edib.

İdmanxeber.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. İsgəndərli start heyətdə oynayıb və 80-ci dəqiqədə meydanı tərk edib.

“Partizani” hazırda 13 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43