Çempionlar Liqası Liqa mərhələsinin V turunda keçiriləcək “Napoli” – “Qarabağ” matçının favoriti açıqlanıb.
İdmanxeber.az-ın məlumatına görə, mütəxəssislər İtaliya klubunu görüşdə aşkar üstün görür. Belə ki, Neapol təmsilçisinin qələbəsinə 1,33, Azərbaycan çempionunun qalibiyyətinə isə 11,10 əmsal verir. Matçın heç-heçə bitmə ehtimalı isə 5,73 olaraq dəyərləndirilib.
Xatırladaq ki, qarşılaşma sabah Bakı vaxtı ilə 00:00-da start götürəcək.

