UEFA Çempionlar Liqası V turunda “Qalatasaray” doğma meydanda Belçikanın “Yunion” klubunu qəbul edəcək.
İdmanxeber.az-ın məlumatına görə, görüş Azərbaycan kanalından canlı yayımlanacaq. Azarkeşlər matçı “CBC Sport” telekanalı vasitəsilə izləyə biləcəklər. Qarşılaşma həmçinin TRT 1-dən də canlı yayımlanacaq.
Xatırladaq ki, “Qalatasaray” – “Yunion” oyunu bu gün Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

