19 İyun 2026
Ölkə futbolu

“Zirə”dən qələbə, Tovuzda “sülh” – YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında 13-cü tura start veriləcək.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyununda “Kəpəz” “Zirə”ni qəbul edib. Yevlax şəhər stadionunda keçirilən görüş “Zirə”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda “Zirə” 5 cavabsız qolla qalib gəlmişdi.

Günün digər matçında isə “Neftçi” “Turan Tovuz” un qonağı olub. Tovuz şəhər stadionunda keçirilən matçda qapılara qol vurulmayıb – 0:0.

“Turan Tovuz” ilk dövrədə səfərdə “Neftçi”ni 1:0 hesabı ilə məğlub etmişdi.

28 noyabr (cümə)

14:00.“Kəpəz” – “Zirə” 0:2

Qollar: Leroy Mikels, 61, İssa Cibrila, 84
Hakimlər:
 Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov

VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Yevlax şəhər stadionu

18:30.“Turan Tovuz” – “Neftçi” 0:0
Hakimlər: 
Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli

VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Tovuz şəhər stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43