19 İyun 2026
Ölkə futbolu

Kurban Berdiyev: “2 xal itirdiyimizi düşünürəm”

“Turan Tovuz” Misli Premyer Liqasının 13-cü turunda doğma meydanda “Neftçi” ilə 0:0 hesablı heç-heçə edib.

İdmanxeber.az xəbər verir ki, Qərb bölgəsi təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Təxmin etdiyimiz kimi ağır oyun oldu. Belə oyunlar qola qədər olur. Təəssüflər olsun ki, qol vura bilmədik. 2 xal itirdiyimizi düşünürəm. Amma “Neftçi”nin də haqqını vermək lazımdır. Onlar da yaxşı oynadılar.

– “Neftçi”də baş məşqçi dəyişikliyi oldu. Komandanızı oyuna necə hazırladız?

– Adətən belə komandalara qarşı oynamaq çətin olur. Çünki komanda belə hallarda daha istəkli oynayır. “Neftçi” də bu gün yaxşı oynadı.

– Ardıcıl 3-cü oyundur “Turan Tovuz” qələbə qazana bilmir. Bunun səbəbi nədir?

– Paltardəyişmə otağında uşaqlara dedim ki, 9 mümkün xaldan 6-sını itirdik. Yüksək səviyyədə olan rəqiblərlə oynamışıq. Həlledici məqamlarda daha yaxşı oynaya bilərdik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43