19 İyun 2026
İdman

Fərid Qayıbov yenidən Avropa Gimnastika İttifaqının prezidenti seçildi

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov üçüncü dəfə Avropa Gimnastika İttifaqının prezidenti seçilib.

İdmanxeber.az xəbər verir ki, o, Çexiyanın paytaxtı Praqada keçirilən 31-ci konqresdə səs çoxluğu ilə qələbə qazanıb.

F.Qayıbovun rəqibi xorvat Mario Vuko olub.

Qeyd edək ki, Fərid Qayıbov Avropa Gimnastika İttifaqına 2017-ci ildən rəhbərlik edir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43